Xarici dillər aylığı çərçivəsində bilik yarışı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq xarici dil aylığı çərçivəsində məktəbin ingilis dili müəllimləri Gülnar Tağıyeva və Mətanət Quliyevanın təşkilatçılığı ilə aprelin 29-da 7 a sinif şagirdləri arasında bilik yarışı keçirilib.
İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.
Yarışda “Success”, “Pride” komandaları iştirak edib. Yarış üç turda keçirilib. İngilis dili fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda “Success” təmsil edən komanda qalib olub.
Qalib komanda hədiyyələrlə mükafatlandırılıb.