Zərifə Əliyevanın doğum gününə həsr olunmuş xüsusi dərs keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq aprelin 28-də ibtidai sinif müəllimi Ülviyyə Əliyevanın təşkilatçılığı ilə 3 a sinif şagirdləri Görkəmli alim, oftalmoloq- həkim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş xüsusi dərs keçirilib.
           Dərs zamanı Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sinif rəhbəri şagirdlərə Zərifə Əliyevanın həyat və fəaliyyəti, elmi nailiyyətləri barədə ətraflı məlumat verib. 

 Şagirdlər Zərifə xanımın ömür yolu və fəaliyyəti ilə bağlı təqdimatlar ilə çıxış edib, şeirlər səsləndiriblər. Həmçinin xüsusi dərs zamanı akademik Zərifə Əliyevaya həsr olunmuş sənədli filmlər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi