"Suveren Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib

Fəaliyyət planına uyğun olaraq məktəbin tədbirlər planına əsasən aprelin 25-də məktəbin təsviri incəsənət müəllimi Zenfira Babayevanın təşkilatçılığı ilə 5-ci sinif şagirdləri arasında "Suveren Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında vətənpərvərlik hisslərini yüksəltmək, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə, Azərbaycanın Suverenliyinə hörmət hissini aşılamaq, istedadlı və yaradıcı şagirdləri üzə çıxarmaq, onların potensialının inkişaf etdirilməsinə dəstək olmaqdır.