“Türk tarixinə səyahət” mövzusunda xüsusi dərs keçirilib

Fəaliyyət Planına uyğun olaraq aprelin 24-də məktəbin tarix müəllimi Səbinə Rəhimovanın təşkilatçılığı ilə 6 b sinfində "Türk tarixinə səyahət” mövzusunda xüsusi dərs keçirilib.

Dərsin keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim mədəniyyətlərinin öyrənilməsindən ibarət olub.

Şagirdlər VI-VIII əsrlərə aid Göytürk Orxon-Yenisey abidələri, Qarabağ qalaları, Səmərqənd şəhərində yerləşən Əmir Teymurun məqbərəsi, Ərdəbildə yerləşən Şeyx Səfi məqbərəsi və digər abidələr haqqında təqdimatlar edib müzakirələr aparıblar.

Dərsin sonunda müəllim qeyd edib ki, türk dünyası çox qədim və zəngin tarixə malik, eyni zamanda dünyanı lərzəyə salacaq qədər güclü sərkərdələr yetişdirib. Bizim də borcumuz bu tarixi qoruyub gələcək nəsillərə ötürməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi