İngilis dili aylığı çərçivəsində ədəbi-bədii kompozisiya keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq xarici dil aylığı çərçivəsində aprelin 24-də İradə Babayevanın təşkilatçılığı ilə 10 d və 10 e sinif şagirdləri "Masterpiece of English" mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.
Tədbirdə şagirdlər ingilis dilində Türk tarixindən Muhteşem Yüzil, Romeo və Cülyetta əsərini səhnələşdirib nümayiş etdirdilər. Rus bölməsinin şagirdləri ingilis dilində bir-birindən maraqlı şeirlər, mahnılar ifa etdilər və rəqslər təqdim etdilər.
Tədbirin sonunda məktəbin direktoru Şəfəq İbişova və təlim tərbiyə işləri üzrə direktor müavini Bahar Həsənova çıxış edərək tədbirdə əməyi keçən hərkəsə təşəkkürlərini bildirdilər.