"Konstitusiyamız suverenliyimizin təminatıdır" mövzusunda dəyirmi masa keçirilib

Fəaliyyət Planına uyğun olaraq aprelin 18-də məktəbin tarix müəllimi Gülər Osmanovanın təşkilatçılığı ilə 6 a sinfində "Konstitusiyamız suverenliyimizin təminatıdır" mövzusunda dəyirmi masa keçirilib.
Məqsəd şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin qorunması və milli dəyərlərimizin möhkəmləndirilməsi haqqında ətraflı məlumat vermək idi.
Dərsdə interaktiv sual-cavab sessiyası keçirildi və şagirdlər Konstitusiya və suverenlik mövzusunda öz fikirlərini bölüşdülər.
Bu cür dərslərin təşkili şagirdlərin hüquqi biliklərini artırmaq, onlarda vətənpərvərlik ruhunu gücləndirmək və dövlətçilik şüurunu inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.