"İmtahan qabağı stress və onun idarə olunması" təlimi keçirilib

Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Arzu Hüseynzadənin təşkilatçılığı və 9-cu sinif şagirdlərinin iştirakı ilə “İmtahan qabağı stress və onun idarə olunması" adlı maarifləndirici təlimi keçirilib.

Görüş zamanı şagirdlərə stressin idarə olunması, psixoloji dayanıqlılıq və motivasiya haqqında dəyərli məsləhətlər verilib. Şagirdlərə stress, stresin bioloji və psixoloji təsirləri, eləcə də stresi idarə etmə yolları haqqında geniş məlumatlar verilib. Stress yaradan amillər xüsusən də imtahan öncəsi stress ilə mübarizə aparmanın yollarından danışılıb.

Söhbət zamanı şagirdlər öz suallarını verib maraqlandıqları mövzular ətrafında müzakirə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi