"İmtahan stressinin ölçülməsi" testi keçirilib

 Aprelin 8-də buraxılış imtahanı öncəsi məktəbin 9-cu sinif şagirdlərinin imtahan stressinin səviyyəsini müəyyənləşdirmək məqsədilə məktəbin psixoloqları Yeganə Cabbarovanın təşkilatçılığı ilə "İmtahan stressinin ölçülməsi" testi tətbiq edildi.

İmtahanlar, gənclərin həyatında mühüm dönüş nöqtəsi olsa da, bu dövrlərdə yaşanan güclü stress və narahatlıq arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Gələcəklə bağlı narahatlıqlara qapılan şagirdlər üçün imtahanlar, stress və təşviş mənbəyinə çevrilir.

Təşvişin müəyyən bir səviyyəsi motivasiyaedici ola bilər, lakin həddindən artıq və idarəolunmaz təşviş səviyyəsi, imtahan uğursuzluğuna səbəb ola bilir. Alınmış nəticələrə əsasən şagirdlərlə müvafiq psixoloji iş aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi