“Bilim Bakı Mərkəzi” nə ekskursiya təşkil olunub

Məktəbin Fəaliyyət planına uyğun olaraq aprelin 4-də 2 c sinif müəllimi Təranə Əliyeva və 5 f sinif müəllimi İradə Zamanovanın rəhbərliyi ilə şagirdlər “Bilim Bakı Mərkəzi” nə ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi şagirdlərin elm və texnologiya sahəsində biliklərini artırmaq, yeni texnoloji nailiyyətlərlə tanış olmalarına şərait yaratmaq idi.
Ekskursiya zamanı şagirdlər Bilim Bakı Mərkəzində yerləşən müxtəlif interaktiv laboratoriyalar, elmi eksperimentlər və texnoloji yeniliklər haqqında məlumat aldılar. Onlar fizika, kimya, biologiya, robototexnika və digər sahələrə aid praktiki məşğələlərdə iştirak edərək biliklərini daha da möhkəmləndirdilər.