IV və VI siniflərdə keçirilmiş monitorinq nəticələri müzakirə edilib

Aprelin 2-də məktəbin direktoru Şəfəq İbişovanın təşkilatçılığı, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bahar Həsənova, Aidə Eyvazova, İlahə Fərmanlı , IV və VI siniflərdə tədris dili, Riyaziyyat və Təbiət fənlərini tədris edən müəllimlərin iştirakı ilə iclas keçirilib. İclasda 2024-2025-ci tədris ilinin II yarımili 4 və 6-cı siniflərdə keçirilmiş monitorinqlərin və nəticəsi müzakirə olunub.

Görüş zamanı monitorinqlərdə aşağı nəticə göstərən şagirdlərin nəticələrinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək müvafiq tədbirlərdən, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyidən söhbət açılıb. Nəticələrə uyğun olaraq məktəb üçün müəyyənləşdirilən hədəflər müəllimlərin diqqətinə çatdırılıb, hədəfə çatma mexanizmləri müzakirə edilib. Sonda məktəbdaxili monitorinqlərin vaxtaşırı keçirilməsi və monitorinqlər zamanı nəticələri zəif olan şagirdlərlə qrup şəklində işlərin aparılması, ümumilikdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı müəllimlərə tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi