Novruza həsr olunmuş master-klas keçirilib

Martın 19-da tədbirlər planına uyğun olaraq ibtidai sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə 2 e sinfində xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş master-klas keçirilib.

Master-klasda onlar yaradılışın mərhələlərini işarələyən 4 ünsür - su, od, yel və torpaq çərşənbələrində hazırlanan bayram süfrələrinin bəzəyi olan paxlava, şəkərbura və qoğalın duzlu xəmir və kips üzərində təsvirlər yaratmağa çalışıblar.

Şagirdlər master-klasda müxtəlif rənglərdən istifadə edərək Novruzun ruhunu və milli mədəniyyətin zənginliyini vurğulayan xüsusi bədii kompozisiyalar hazırlayıblar. Novruzun üzərindəki təsvirlər özündə həm ənənəvi motivləri, həm də müasir dizayn elementlərini birləşdirərək iştirakçıların təxəyyülünü və bacarıqlarını ortaya qoyub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi