Novruza həsr olunmuş master-klas keçirilib

Martın 18-də tədbirlər planına uyğun olaraq ibtidai sinif müəllimi Minacat Salmanovanın təşkilatçılığı ilə 3 ç sinfində xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş master-klas keçirilib.
Master-klasda onlar yaradılışın mərhələlərini işarələyən 4 ünsür - su, od, yel və torpaq çərşənbələri ilə bağlı yumurtalar üzərində təsvirlər yaratmağa çalışıblar. Hər bir orijinal dizayn öz kreativliyi ilə seçilməyi bacarıb.
Şagirdlər master-klasda müxtəlif rəng və naxışlardan istifadə edərək Novruzun ruhunu və milli mədəniyyətin zənginliyini vurğulayan xüsusi bədii kompozisiyalar hazırlayıblar. Yumurtalar üzərindəki təsvirlər özündə həm ənənəvi motivləri, həm də müasir dizayn elementlərini birləşdirərək iştirakçıların təxəyyülünü və bacarıqlarını ortaya qoyub.