"Novruz xalq bayramıdır" mövzusunda xüsusi dərs keçirilib

Martın 18-də tədbirlər planına uyğun olaraq tarix müəllimi Şirmayixanım Səfərovanın təşkilatçılığı ilə 6 d sinfində xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş "Novruz xalq bayramıdır" mövzusunda xüsusi dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması və şagirdlərə aşılanmasıdır.
Dərsdə bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, çıxışlar edib, slaydalar nümayiş etdirilib.