Novruz bayramına həsr olunmuş sinif təşkilat saatları keçirilib

Martın 18-də tədbirlər planına uyğun olaraq ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş sinif təşkilat saatları keçirilib.
Məqsəd təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.
Sinif rəhbəri milli adət-ənənələrimiz və Novruz bayramı haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlərin çıxışları dinlənilib. Novruz ənənlərini əks etdirən səhnəciklər nümayiş etdirilib.