“Canlı orqanizmlərin yaşayış mühütü” mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq kimya biologiya aylığı çərçivəsində martın 18-də məktəbin biologiya müəllimi Nahidə Heydərovanın təşkilatçılığı ilə 7 ç sinfində “Canlı orqanizmlərin yaşayış mühütü” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.