"Kimya Möcüzələr dünyası" mövzusunda əyləncəli təqdimat keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq kimya biologiya aylığı çərçivəsində martın 12-də məktəbin kimya müəllimi Yeganə Hüseynovanın təşkilatçılığı ilə 9 b sinif şagirdləri tərəfindən "Kimya Möcüzələr dünyası" mövzusunda əyləncəli təqdimat keçirilib. Layihə şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Əyləncəli təqdimatda şagirdlərin hazırladığı kimya təcrübələri nümayiş olundu. Məqsəd şagirdlərin daha praktik biliklərə yiyələnməsi, kimya fənninə marağın artırılması, şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələri sərbəst təhlil etmə bacarıqlarının formalaşması idi.