IV və VI siniflərdə monitorinq keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq martın 11-də məktəb rəhbərliyi tərəfindən IV siniflərdə tədris dili, riyaziyyat, VI siniflərdə tədris dili, riyaziyyat və təbiət fənni üzrə monitorinq keçirilib.
Məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, onların müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Yoxlama yekunlaşdıqdan sonra nəticələr məktəb rəhbərliyi, metodbirləşmə rəhbərliyi və sinif müəllimlərinin iştirakı ilə müzakirə olunacaq.