İdman növləri haqqında məlumat verilib

Martın 7-də idman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimi Vidadi Mahmudovun təşkilatçılığı və VI, VII, VIII, X sinif şagirdlərinin iştirakı ilə İdman növləri haqqında məlumat verilib.
Şagirdlərə idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısından, idman müxtəlif növləri barədə geniş məlumatlar verilib.
Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.