İdman həftəsinə həsr olunmuş rəsm müsabiqəsi

Fəaliyyət planına uyğun olaraq məktəbin tədbirlər planına əsasən martın 6-da idman həftəsi çərçivəsində Sədaqət Nəcərova və Zenfira Babayevanın təşkilatçılığı ilə məktəbin 5-ci sinif şagirdləri arasında İdman həftəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.