"Sağlam qidalanma" mövzusunda sinif təşkilat saatı

Martın 6-da idman həftəsi çərçivəsində məktəbin 3 ç sinif müəllimi Minacat Salmanovanın təşkilatçılığı ilə “Sağlam qidalan” mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğu vurğulanıb və uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi və s. müzakirə edilib.