“İmtahan həyəcanına yox” adlı seminar keçirilib

“Məktəblinin dostu” layihəsi və Bakı şəhəri 76 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə martın 5-də məktəbin psixoloqu Yeganə Cabbarovanın tərəfindən buraxılış sinif şagirdləri ilə “İmtahan həyəcanına yox” adlı seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət idi.

Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün dəyərli tövsiyyələr verildi.

Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi