Əsər müzakirəsi təşkil edilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq martın 4-də Azərbaycan dili və ədəbiyyat müəllimi Nəcibə Cabbarovanın rəhbərliyi ilə “Ana dili” əsəri təhlil olunub.
Məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirdə əsərin mövzusu, ideyası, qoyulan problemlər geniş və hərtərəfli müzakirə edilib. Şagirdlərin fikirləri dinlənilib.