IV və VI siniflərdə keçiriləcək monitorinqlərlə bağlı iclas keçirilib

Martın 3-də məktəbin direktoru Şəfəq İbişovanın təşkilatçılığı və təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bahar Həsənova, Aidə Eyvazova və İlahə Fərmanlının iştirakı ilə iclas keçirilib. İclasda 2024-2025-ci tədris ilinin II yarımili 4 və 6-cı siniflərdə keçiriləcək monitorinqlərə və buraxılış imtahanlarına hazırlıq vəziyyəti müzakirə olunub.
Məktəb üzrə keyfiyyət monitorinqinin nəticələrinə dair hesabat sənədi və keyfiyyət hədəflərinin müəyyənləşdirilməsi, hesabat sənədində inkişafa ehtiyacı olan sahələr, tədris prosesində olan çatışmazlıqlar diqqətə çatdırılıb və keyfiyyət monitorinqinin nəticələrinin yüksəldilməsi istiqamətində yeni fəaliyyət planının hazırlanması müzakirə edilib.