"Ana dilim-doğma dilim" mövzusunda sinif təşkilat saatı keçirilib

Məktəbin illik fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 28-də məktəbin 9 a sinif müəllimi Əsmər Hacıyevanın təşkilatçılığı ilə "Ana dilim-doğma dilim" mövzusunda sinif təşkilat saatı keçirilib.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.
Sinif rəhbəri qeyd edib ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur.
Şagirdlər ana dilinə həsr olunmuş şeirlər, aforizmlər səsləndiriblər. Mövzuya uyğun videoçarxlar nümayiş etdirilib.