“Ana dilimiz mədəni sərvətimizdir" mövzusunda tədbir keçirilib

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 28-də məktəbin 5 b sinif müəllimi Vüsalə Zərbəliyevanın təşkilatçılığı ilə “Ana dilimiz mədəni sərvətimizdir" mövzusunda tədbir keçirilib.

Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.

Tədbirdə ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışılıb. Mövzuya aid videoçarx nümayiş etdirilib. Tədbirin sonunda məktəbin direktoru Şəfəq İbişova çıxış edərək tədbirin təşkilinə görə sinif rəhbəri və şagirdlərə öz minnətdarlığını bildirib.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi