Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib

Fevralın 27-də məktəbin illik Fəaliyyət Planınına uyğun olaraq “İmzalı görüş” layihəsi çərçivəsində məktəbin Ana dili müəllimlərinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, “Şöhrət” ordeni laureatı Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Görüşdə məktəb rəhbərliyi, Şəhid ailələri, qazilər, və müəllimlər iştirak ediblər.

Tədbirdə Xalq artistinin həyat və yaradıcılığı barədə məlumat verilib, səhnə fəaliyyətindən, yaratdığı obrazlardan, rol aldığı filmlərdən söhbət açılıb.

Nurəddin Mehdixanlı çıxışında teatr sənətinin yaranmasından, bu sənətin inkişaf pillələrindən, Azərbaycan mədəniyyətinə, incəsənətinə, teatr sənətinə verilən yüksək dəyərlərdən söhbət açıb. Xalq artisti, həmçinin, maraqlı mövzularda danışaraq, sənət və teatr haqqında düşüncələrini, səhnə təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Sonda sevilən aktyor müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi