Memorial Soyqırım Muzeyinə ekskursiya təşkil olunub

Məktəbin Fəaliyyət planına uyğun olaraq fevralın 25-də Nahidə Heydərova və Nigar Bayramovanın təşkilatçılığı ilə 7 ç sinif şagirdləri 26 fevral - Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Memorial Soyqrımı Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərə Xocalı faciəsinin mahiyyətini izah etmək, onların tarixi biliklərini artırmaq və hadisə haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
Ekskursiya zamanı Xocalı soyqırımında qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilib.
Muzeyin əməkdaşı tərəfindən muzey barədə şagirdlərə ətraflı məlumat verilib. Sonra şagirdlər muzeyin akt zalında Xocalı soyqırımından bəhs edən videoçarxa baxıblar.