"Xocalı Faciəsinə" həsr olunmuş divar qəzetləri

Xocalı faciəsinin unudulmaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə fevralın 25-də Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin şagirdləri Xocalı soyqırımına həsr olunmuş divar qəzetləri hazırlayıblar.
Məktəbin müxtəlif siniflərində təhsil alan şagirdlər Xocalı faciəsini əks etdirən şəkillər, şeirlər, məqalələr və tarixi faktlarla zəngin divar qəzetləri hazırlayaraq, soyqırımın dəhşətlərini bir daha xatırladıblar. Bu fəaliyyət onların tariximizi daha dərindən öyrənməsinə və milli-mənəvi dəyərlərə bağlılıqlarının artmasına şərait yaradıb.