21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi keçirilib

21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə 76 nömrəli məktəbdə 2e sinfinin təşkilatçılığı ilə xüsusi sərgi keçirilib. Sərginin məqsədi şagirdlərə ana dilinin önəmini aşılamaq və milli mədəniyyətə olan sevgini artırmaq olub.
Sərgidə Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı müxtəlif maraqlı stendlər, əl işləri və posterlər nümayiş olunub. Şagirdlər Azərbaycan Respublikasının xəritəsini, görkəmli şəxsiyyətlər haqqında məlumatları və milli dəyərləri əks etdirən materiallar hazırlayıblar.
Tədbirin təşkilatçısı Arifə Quliyeva və 2e sinfi bu təşəbbüsləri ilə ana dilinə olan sevgini və təhsil prosesində yaradıcılığın vacibliyini vurğulayıblar.
Belə tədbirlər şagirdlərin dil və mədəniyyət biliklərini artırmaqla yanaşı, onların yaradıcı düşünmə bacarıqlarını da inkişaf etdirir.