"Ana dilimizdə ədəbiyyatın sədası" adlı onlayn videoçarx müsabiqəsində şagirdimizin uğuru

23 yanvar - 19 fevral tarixində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə "Ana dilimizdə ədəbiyyatın sədası" adlı onlayn videoçarx müsabiqəsi təşkil olunub.
19.02.2025-ci il tarixində Mərkəzdə təşkil olunmuş konfransda müsabiqənin yekun mərhələsi keçirilib. Müsabiqə uşaq-gənclər yaradıcılıq mərkəzlərinin istedadlı dərnək üzvləri arasında keçirilib.
Məktəbimizin 8 c sinif şagirdi Səbirə Həsənli 10-13 yaş qrupu üzrə 1-ci yerin qalibi seçilib və Sertifikatla təltif olunub.
Qonaq qismində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm media mükafatı laureatı və prezident mükafatçısı Əzizə Ağahüseynqızı, Nərimanov rayon 4 nömrəli Mərkəzləşdirilmiş kitabxananın direktoru müavini Sara xanım iştirak ediblər.