"Ana dilim mənim kimliyimdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq Fevralın 21-də məktəbin III-VI sinif şagirdləri arasında “Ana dilim mənim kimliyimdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirməkdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
               Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi