“Yeniyetmələrin valideyinləri ilə münasibətləri” mövzusunda sinif təşkilat saatı keçirilib

Fəaliyyət planına uyğun olaraq fevralın 20-də Gülnarə Qulemirovanın təşkilatçılığı ilə 9 d sinfində “Yeniyetmələrin valideyinləri ilə münasibətləri” mövzusunda sinif təşkilat saatı keçirilib.
Sinif rəhbəri şagirdlər arasında Yeniyetmələrin valideyinləri ilə münasibətlərin düzgün qurulması istiqamətində müzakirələr edib. Şagirdlərə yeniyetməlik yaş böhranı dövrünün psixoloji xüsusiyyətləri barədə məlumat verib. Daha sonda şagirdlərin sualları cavablandırıb.