"Əyləncəli yarış" keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq ana dili aylığı çərçivəsində fevralın 14-də Elnarə Məmmədovanın təşkilatçılığı ilə 7 d və 7 e sinif şagirdləri arasında "Əyləncəli yarış" keçirilib.
Əyləncəli yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.
Yarışda "Эрудиты" və "Знатоки" komandaları iştirak edib. Yarış üç turda keçirilib. Rus dili fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda "Знатоки" komandası qalib olub.
Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.