"Xüsusi və ümumi isimlər" mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq ana dili aylığı çərçivəsində fevralın 14-də Yelena Arslanovanın təşkilatçılığı ilə 10 ç sinfində rus dili fənni üzrə "Xüsusi və ümumi isimlər" mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.