Bilik yarışı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində fevralın 12-də Fidan Hüseynovanın təşkilatçılığı ilə 5-ci sinif şagirdləri arasında bilik yarışı keçirilib.
İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.
Yarışda Nəsimi və Füzuli komandaları iştirak edib. Yarış üç turda keçirilib. Azərbaycan dili fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Nəsimi sinfini təmsil edən komanda qalib olub.
Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.