Məktəbəqədər 5 Yaşlı Şagirdlərin Monitorinqi Məktəbimizdə Keçirilib!

Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatına (IELS): Məktəbəqədər 5 Yaşlı Şagirdlərin Monitorinqi Məktəbimizdə Keçirilib!
İELS Beynəlxalq Qiymətləndirmə proqramı çərçivəsində 5 yaşlı şagirdlərin qiymətləndirilməsi uğurla həyata keçirildi. Tədbir şagirdlərimizin öyrənmə bacarıqlarını, əqli inkişafını və sosial bacarıqlarını qiymətləndirmək məqsədini daşıyırdı.
Qiymətləndirmə prosesi, şagirdlərimizin gələcək təhsil yolunda inkişafını izləmək və onların təlimə olan marağını daha da artırmaq üçün xüsusi olaraq hazırlanmışdır. Bu qiymətləndirmə, həmçinin İELS standartlarına uyğun olaraq, şagirdlərin mövcud bilik və bacarıqlarının analizi məqsədilə təşkil olunmuşdur.
Qiymətləndirmənin Əsas Məqsədləri: - Şagirdlərin düşünmə bacarıqları və problemləri həll etmə qabiliyyətlərini ölçmək. - Yaradıcılıq və sosial bacarıqlarını qiymətləndirmək. - Dil bacarıqları və müxtəlif mövzularda ifadə etmə qabiliyyətlərini inkişaf etdirmək.