Tarix fənni üzrə monitorinq keçirilib
Fevralın 5-də məktəbin fəaliyyət planına uyğun olaraq tarix coğrafiyya aylığı çərçivəsində tarix fənni üzrə monitorinq keçirilib.
Məqsəd VIII siniflərin tarix fənindən əldə etdikləri şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi, şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır.