20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət olunub
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq yanvarın 19-da ibtidai sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə 2 e sinif şagirdləri və valideynləri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət olunub.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.
Şagirdlər şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər. Vətən fədailərinin ruhları hörmət və ehtiramla yad edilib.