“20 Yanvar-Azadlığa gedən yol” mövzusunda xüsusi dərs keçirilib

    Yanvarın 17-də tarix müəllimi Nigar Bayramovanın təşkilatçılığı ilə 6 e  sinfində “20 Yanvar-Azadlığa gedən yol” mövzusunda xüsusi dərs keçirilib.

    Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.

    Sinif rəhbəri öz çıxışında bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq səhifələrilə yazılmış bir gündür. Bu gün xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı səhifələrindən biridir.

    Daha sonra şagirdlər çıxış edərək 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər, ədəbi-bədii kompozisiya və vieoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi