20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib
Yanvarın 17-də məktəbin 2 e, 4 d, 7 e, 8 b, və 10 ç sininiflərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib.
“20 Yanvar faciəsinin otuz beşinci il ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub.