Heydər Əliyev Mərkəzinə ekskursiya olunub

Məktəbin illik Fəaliyyət planına  uyğun olaraq yanvarın 14-də ibtidai sinif müəllimləri Fatimə Baxşıyeva, Aynur Şahbazovanın təşkilatçılığı ilə 4 ə və 4 e sinif şagirdləri Suraxanı Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Məqsəd Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, Azərbaycançılıq məfkurəsinin geniş təbliği və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

Mərkəzi ziyarətə gələn şagirdlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlarla, mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Mərkəz haqqında ətraflı məlumatlandırılıblar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi