"Naxçıvanın tarixi, mədəniyyəti" mövzusunda sinif təşkilat saatları keçirilib
Məktəbin fəaliyyət planına uyğun olaraq "Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində dekabrın 24-də ibtidai sinif müəllimləri Leyla İbrahimova və Aynur Hacıyevanın təşkilatçılığı ilə 4 a və 1 d siniflərində "Naxçıvanın tarixi, mədəniyyəti" mövzusunda sinif təşkilat saatları keçirilib.
Məqsəd Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsidir.