İbtidai sinifdə “Rənglərin söhbəti” mövzusunda nümunəvi dərs keçirilib

İbtidai siniflər aylığı çərçivəsində dekabrın 24-də Gülnar Bağırovanın təşkilatçılığı ilə 1 ç sinfində Azərbaycan dili fənni üzrə “Rənglərin söhbəti” mövzusunda nümunəvi dərs keçirilib.

Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Nümunəvi dərsdə fəal təlim üsullarından, slaydlardan istifadə olunub. Rollu oyunlardan istifadə edilməklə mövzuya aid səhnəcik nümayiş etdirilib. Fənn müəllimi müxtəlif imkanlarından istifadə edərək, mövzunun dərindən mənimsənilməsinə nail olub. Dərsdə şagirdlərin fəallığı və sinifdə müəllim-şagird münasibətlərində demokratiklik təmin olunub. Daha sonra şagirdlər qruplara ayrılaraq onlara verilən tapşırıqları yerinə yetiriblər.

Nümunəvi dərsdə məktəb rəhbərliyi iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi