"Yaşıl dünya naminə həmrəy olaq" adlı "Bilik yarışı" keçirilib
Məktəbin fəaliyyət planına uyğun olaraq İbtidai siniflər aylığı çərçivəsində dekabrın 24-də İbtidai sinif müəllimi Ülviyyə Əliyevanın təşkilatçılığı ilə 3 a sinif şagirdləri arasında "Yaşıl dünya naminə həmrəy olaq" adlı "Bilik yarışı" keçirilib.
İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
Yarış zamanı şagirdlər ekoloji biliklərini nümayiş etdirərək, təbiətin qorunması və ekoloji problemlərin həlli ilə bağlı maraqlı suallara cavab veriblər.
Yarışda "Fırtına", “Su damlası”, “Təmiz nəfəs”, “Ekobala” “Planetlər” komandaları iştirak edib. Yarış üç turda keçirilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda “Fırtına” komandası qalib olub.
Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.