STEAM layihəsinin tədrisi ilə əlaqədar monitorinq keçirilib
Dekabrın 23-də Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 7-ci və 8-ci sinif şagirdləri arasında STEAM dərsdənkənar məşğələnin tədrisinin təsirini ölçmək, şagirdlərin məzmun bilikləri, problem həll etmə, yaradıcı düşünmə bacarıqlarını qiymətləndirmək məqsədilə monitorinq keçirilib.
Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.
Şagirdlər 45 dəqiqə ərzində 20 qapalı sualı (məzmun bilikləri, problem həll etmə, yaradıcı düşünmə) və 1 açıq sual (yaradıcı düşünmə bacarığını) cavablandırıblar.