"Naxçıvan: Əsrin işığında" mövzusunda marifləndirici sənədli film nümayiş olunub

"Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində dekabrın 20-də məktəbin psixoloqu, Yeganə Cabbarova və UBTR Adilə Bağırzadənin təşkilatçılığı ilə 9 ə sinfində "Naxçıvan: Əsrin işığında" mövzusunda marifləndirici sənədli film nümayiş olunub.
Məqsəd Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında şagirdlərin maarifləndirilməsidir. Şagirdlər Naxçıvanın görkəmli şəxsiyyətləri ve onların həyat və yaradıcılıqları ilə tanış olublar.