“Media Savadlılığı” Həftəsi çərçivəsində maarifləndirici təlim keçilib
Dekabrın 18-də “Media Savadlılığı” Həftəsi çərçivəsində 76 saylı tam orta məktəbdə “Media Savadlılığı” mövzusunda maarifləndirici təlim keçilib.
Təlimçi qismində çıxış edən Medianın İnkişafı Agentliyinin regional idarəsinin şöbə müdiri Nuridə Dilanova və aparıcı mütəxəssis Əkbər Mikayılov bildirib ki, müasir dövrdə xüsusilə gənclər sosial medianın və müxtəlif rəqəmsal platformaların fəal istifadəçiləri olaraq məlumatı operativ formada qəbul edərək paylaşırlar, bu səbəbdən onların düzgün və etibarlı informasiyanı ayırd edə bilmələri, həmçinin dezinformasiyalardan qorunmaları üçün media savadlılığı böyük önəm kəsb edir.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd həssas istifadəçi qrupu hesab edilən gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təminində gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.