"Qədim türk diyarı-Naxçıvan" mövzusunda intellektual oyun keçirilib
"Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində dekabrın 18-də tarix müəllimi Gülər Osmanovanın təşkilatçılığı ilə 8 a sinfində "Qədim türk diyarı-Naxçıvan" mövzusunda intellektual oyun keçirilib.
Məqsəd Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsidir.
Yarışda 4 komanda iştirak edib. "Şərur" komandası birinci yeri qazanıb. Bütün komandalar müvafiq olaraq diplom və təşəkkürnamə ilə təltif olunub.