Marifləndirici seminar keçirilib
Dekabrın 16-da “Azərsun Holdinq” şirkətlər qrupunnun uşaqlar və yeniyetmələr arasında gigiyenanın təbliği məqsədilə şirkətin əməkdaşları tərəfindən 76 saylı tam orta məktəbdə marifləndirici seminar keçirilib.
Layihənin məqsədi uşaqlara kiçik yaşlardan təməl şəxsi gigiyena vərdişlərini aşılamaq, valideynləri mövcud təhlükələr haqda bir daha məlumatlandırmaq və sağlamlığa önəm verən nəsil yetişdirməkdir. Qeyd edib ki, orta məktəblərdə gigiyena tədrisi 1-3-cü sinifləri əhatə edir. Bununla bağlı məktəblərdə “Gigiyena tədrisi” proqramı hazırlanıb.
İnteraktiv şəkildə keçən tədris sual-cavab sessiyası ilə davam etdi, azyaşlıların çoxsaylı sualları peşəkar həkim tərəfindən cavablandırıldı. Şagirdlər tərəfindən tədris zamanı öyrəndiklərinə aid əyləncəli oyunlar keçirildi, hər bir şagirdə hədiyyələr paylanıldı.