"Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq dekabrın 12-də Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zülfüqar Zülfüqarovun təşkilatçılığı ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilib.
Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsidir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub.